Masallıda yarış atları oğurlanıb

Masallı rayonunun Xırmandalı kənd sakinləri Anar Qurbanov və Rafael Əsədova məxsus iki at oğurlanıb.

Ölkə - 2018-01-10 13:36:15

Masallıda yarış atları oğurlanıb
Haberin videosu için tıklayın!

Masallı rayonunun Xırmandalı kənd sakinləri Anar Qurbanov və Rafael Əsədova məxsus iki at oğurlanıb.

APA-nın cənub bürosunun xəbərinə görə, onlar atlarını otlamaq üçün pay torpaqlarına apararaq bağlayıblar. Axşam saatlarında isə atlar yoxa çıxıb. Onların bağlandığı iplərin kəsildiyi bildirilir.

Hər iki at Masallıda keçirilən at yarışında iştirak edib. Faktla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət olunub.

Sende Yorumla...