Bakı vağzalında gərgin anlar

Bakı Dəmir Yolu Vağzalında yerləşən restorana bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Bakı vağzalında gərgin anlar
BU MÖVZU 51 DƏFƏ OXUNDU.

AzVision.az-ın məlumatına görə, binada axtarış işləri yekunlaşıb, hər hansı partlayıcı maddə aşkar edilməyib.

***

Bakı Dəmir Yolu Vağzalında yerləşən restorana bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə AzVision.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda əraziyə FHN və polis əməkdaşları cəlb olunub, yoxlama işləri aparılır.

S.Qədirovanın sözlərinə görə, vağzal işçiləri və sakinlər binadan çıxarılıb. Məlumatın dəqiqliyi yoxlanılır. Ətraflı məlumat veriləcək.



***
(13:16)

Hazırda hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, Bakı Dəmiryolu Vağzalında axtarışlara xüsusi təlim görmüş itlər cəlb olunub. Vağzalda bilet satışı dayandırıldığından Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb. 











Şahanə Rəhimli
Foto: Elvin Abdulqədirov

AzVision.az 

Sende Yorumla...
Hərf sayı : 500
MARAQLIDIRX